Xəbərlər

Azərbaycanda yeni Televiziya Auditoriyası Ölçümünün (TAM) yaradılması PAMRO 2023 Konfransında təqdim edildi

2023-cü il avqustunun 28-30 tarixlərində, Mərakeşin Kasablanka şəhəri, PAMRO 2023 konfransına (Pan-African Media Research Organization) ev sahibliyi etdi. Bu toplantı, dünya media təşkilatlarından gələn lider ekspertləri, tədqiqatçıları və nümayəndələrini medianın inkişafını və ən son yeniliklərini müzakirə etmək məqsədi ilə bir araya gətirdi.

PAMRO 2023-ün ən maraqlı mövzularından biri Azərbaycanda TAM təqdim olunması oldu. Bu təşəbbüsün təqdimatını MARSA-nın İcraçı Direktoru İradə Sultanova və ‘PureXMedia’ qurucularından biri Renata Uhlarikova etdi. Təqdimat, layihənin həyata keçirilməsini və bu günədək əldə edilmiş nəticələri, həmçinin yeni ölçüm sisteminin bazar dəyişikliklərinə olan təsirini əhatə etdi.

Bu layihə Azərbaycan media sənayesinin və reklam bazarının inkişafında önəmli addımlardan biridir və gələcəkdə daha effektiv və sabit media üçün yeni perspektivlər açır.