Xəbərlər

Kantarın Azərbaycanda yeni Televiziya ölçüm sisteminin yaradılması ilə bağlı məktubu

2023-cü ilin yanvar ayından etibarən MARSA-nın ümummilli televiziya ölçüm sistemi məlumatları bazara təqdim etməyə başlayıb.

Kantarın Qlobal Kommersiya Direktoru Keld Nielsen bu xüsusi münasibətlə aşağıda təqdim olunan rəsmi məktub dərc etmişdir:

Kantar 62-dən çox ölkədə 22.000-dən çox müştərisi olan dünyanın aparıcı araşdırma, ölçüm və məlumat təqdim edən şirkətidir. Biz Azərbaycanda MARSA (Media Audience Research System in Azerbaijan) ilə texnoloji tərəfdaş olmağa, həmçinin 2023-cü il yanvarın 1-dən etibarən yeni yaradılmış Televiziya Tamaşaçılarının Ölçüm sisteminin istifadəyə verilməsindən çox məmnunuq.

MARSA peşəkar şəkildə Azərbaycanda 29 şəhər və 200-dən çox kənddə 950 ailədən ibarət ümumrespublika paneli yaradmışdır. Bu ev təsərrüfatları Kantarın yeni nəsil texnologiyası və panel iştirakçılarına daha asan istifadə təklif edən sensor ekranlı planşet olan People Meter 7 cihazı ilə təchiz edilib. People Meter 7 cihazlarında dəqiq və davamlı məlumatların əldə edilməsini təmin etmək üçün ən son məzmun aşkarlama texnologiyası Audio Matching i33-dən istifadə edilir. Azərbaycan yeni People Meter 7 texnologiyasından istifadə üçün infrastruktur quran ilk ölkələrdən biridir. MARSA televiziya auditoriyasının ölçülməsi sistemini ən yüksək keyfiyyətlə idarə edir və qlobal Kantar standartlarına cavab verir.

Kantar və MARSA arasında lisenziya tərəfdaşlığı ilə ən müasir ölçmə texnologiyasını, unikal panel idarəetmə və məlumatların emal sistemləri tətbiq edilmişdir, keyfiyyətə nəzarət və məlumat təhlükəsizliyi protokollarını qurulmuşdur, işçi heyətinə təlimlər keçirilmişdir. Həmçinin MARSA-nı beynəlxalq expertlərdən ibarət olan komanda daim dəstəkləyir.

Fürsətdən istifadə edərək, pandemiya və regiondakı geosiyasi vəziyyət kimi çətin dövrlərdə xidmətimizə inam və etibar göstərdikləri üçün Azərbaycandakı bütün müştərilərə təşəkkürümüzü bildirmək istərdik. Bundan əlavə, sizi əmin etmək istərdik ki, MARSA və Kantar komandaları hər gün düzgün reytinqləri emal edirlər və bazarın inkişafını təmin etmək üçün yeni xidmətlərin tam tətbiqi üzrə birgə çalışırlar.