Xəbərlər

MARSA MMC tərəfindən Azərbaycanda televiziya reytinqlərinin ölçülməsində yeni sistemi tətdim edildi

17 noyabr 2023-cü il tarixində MARSA MMC tərəfindən Azərbaycanda televiziya reytinqlərinin ölçülməsində yeni sistemi tətdim edildi. MARSA şirkətinin Azərbaycanda rəsmi texnoloji və metodoloji tərəfdaşı beynəlxalq reyting ölçüm şirkəti olan Kantardır. Sistem ən müasir texlogiya sayılan PM7 cihazı üzərində qurulmuşdur.

2021-ci ildə MARSA şirkəti Azərbaycanda yeni TAM sisteminin quraşdırma prossesinə başlamışdır və bir il sonra yeni sistemin təqdimatı baş tutmuşdur.

Tədbirdə MARSA MMC-nin İcraçı Direktoru İradə Sultanova, Audiovizual Şuranın Sədri cənab İsmət Səttarov, TİAK-ın Baş direktoru Dursun Güləryüz, MARSA şirkətinin məsləhətçiləri olan PureXMedia şirkətinin təsisçilərindən Renata Uhlarikova, KANTAR MEDİA şirkətinin nümayəndəsi Yevgenia Molçina və MARSA MMC-nin Müştəri Xidmətləri üzrə meneceri Süriyyə Əlizadə çıxış etmişdilər.

Çıxışlar zaman media sahəsində gələcək innovasiyalar, beynəlxalq təcrübə, Azərbaycanın yeni ölçüm sisteminin qurulması prosesi və istifadə olunan texnoloji yeniliklər haqqında ətraflı məlumat verilmiş, və ilkin test məlumatları ictimaiyyətə təqdim olunmuşdur.

Azərbaycan regionda ən son müasir texnologiyalar əsasında sıfırdan ölçmə aparan ilk ölkədir

MARSA tərəfindən quraşdırılan panel 950 ev təsərrüfatından, 4000-ə yaxın insandan ibarətdir. Panel yalnız Bakını deyil, həmçinin Azərbaycanın 12 iqtisadi regionunu, 29 şəhərini və 200 yaxın kəndini də əhatə edir. Ümumilikdə sistemdə 17 yerli kanalın və 33 xarici kanallarının ölçümünü aparılır.