Xəbərlər

MARSA şirkətinin 2024-cü il üzrə illik Media tədbiri keçirildi

6 dekabr 2024-cü il tarixində MARSA Azərbaycanda media ölçümü sahəsində ilin yekunlarını və yenilikləri paylaşmaq üçün illik tədbirini keçirdi. Bu tədbir, media nümayəndələri arasında əməkdaşlığın təşviqi və məlumat mübadiləsi üçün xoş bir ənənəyə çevrilmişdir.

Tədbir MARSA-nın İcraçı Direktoru İradə Sultanovanın açılış nitqi ilə başladı. O, MARSA-nın 2024-cü ildə əldə etdiyi nailiyyətləri vurğuladı və tədbirə artan marağı qeyd etdi.

Tədbir zamanı, MARSA-nın Müştəri Xidmətləri Meneceri Süriyyə Əlizadə 2024-cü ilin TV və radio auditoriyası üzrə illik icmalı təqdim etdi. Təqdimat zamanı Azərbaycan TV auditoriyasının trendləri, panel, keçirilən sorğular, radio monitorinqi və araşdırması və əsas bazar yenilikləri vurğulandı. Tədbir çərçivəsində MARSA-nın süni intellekt vasitəsilə çalışdığı yeni monitorinq aləti də təqdim olundu.

Həmçinin, tədbirdə PURE X MEDIA və Mediascope şirkətlərinin beynəlxalq ekspertləri də iştirak etdilər. PURE X MEDIA-nın təsisçiləri Renata Uhlarikova və Puşkar Kulkarni video auditoriya ölçümü sahəsindəki ən son trendləri və Azərbaycanın TV auditoriyası ölçümündə bazar perspektivlərini təqdim etdilər.

Tədbirdə televiziya kanalları, reklam agentlikləri və aparıcı media qurumlarının nümayəndələri iştirak edərək, Azərbaycanda media ölçümünün gələcəyi ilə bağlı dəyərli müzakirələr apardılar.