Biz kimik

MARSA

MARSA MMC Azərbaycan Televiziya Auditoriyasının ölçümünü aparan şirkətdir.

MARSA Azərbaycanda TV ölçümü aparmaq üçün lisenziyası olan və dünyaca məhşur olan KANTAR-ın rəsmi texnoloji tərəfdaşıdır.

MARSA-nın əsas məqsədi müasir tədqiqat metodlarından istifadə edərək, Azərbaycan media bazarı haqqında dəqiq və müxtəlif məlumatları çatdırmaq, beləliklə Media sahəsini təkmilləşdirməkdın ibarətdir.

Bizim şirkət 2021-ci ilin Fevral ayında yaradılmış və 2023-cü ilin Yanvar ayından tam fəaliyyətə başlamışdır.

Şirkətimiz   müştərinin zövq, istək və tələblərinə görə hər bir auditoriya qrupuna aid məhsul reklamlarını düzgün şəkildə hədəf kütləsinə çatdırmaq üçün fərqli tədqiqatlar təqdim edir.

KANTAR

MARSA MMC KANTAR Media ilə əməkdaşlıq edərək, Azərbaycanda ən yeni TV auditoriyasının ölçü xidmətini yaratmışdır.

KANTAR Media 75 ildən artıqdır ki, 90-dan çox ölkədə 25000 dən çox müştəriyə TV ölçüm xidmətlərini, dəqiq və etibarlı məlumatları, fərdi məhsul və innovativ xidmətləri təqdim edir.

Kantarın beynəlxalq təcrübəsi və ekspertləri MARSA-nın formalaşmasında və qurulmasında nəzarəti həyata keçirərək müxtəlif tövsiyyələr vermişdir. Ötən il ərzində Kantarın müxtəlif ölkələrdən olan dünya səviyyəli ekspertləri MARSA əməkdaşlarına təlimlər keçmək üçün Azərbaycana səfər etmişdirlər.

KANTAR beynəlxalq mütəxəssislər ilə  MARSA əməkdaşlarına mütəmadi təlimlər təşkil edir. Bundan əlavə olaraq, KANTAR Medianın dəstək komandası keyfiyyətə nəzarət və informasiya təhlükəsizliyi təcrübəsinin daimi və mütəmadi monitorinqini təmin edir.