Ölçüm necə aparılır


İlkin bazar araşdırması və panelin dizaynı

İlkin bazar araşdırması və panelin dizaynı

İlkin bazar araşdırmasının ölçüsü panelin qross sayından 10 dəfə artıq, illik bazar araşdırmalarının ölçüsü isə panelin qross sayından 5 dəfə artıq olmalıdır. Ümumi əhatə olunacaq ahali sayını (Universe) müəyyən edir və daha sonra bu say üzərində araşdırmalar aparılır. Paneldə nəzarət hədəflərini təyin edir, paneldəki evlərin məlumatları dəqiqləşdirilir. Ev təsəruffatlarının sosial-demoqrafik və TV baxış vərdişləri haqqında ətraflı məlumat təqdim edilir. Panelin Bazar araşdırmasının nəticələrinə əsasən müəyyən edilmiş hədəf kütləsinin auditoriyasına uyğunluğu yoxlanılır. Ölçüm aparılan əhali arasında TV izləmə vərdişlərinin tam təmsil olunduğuna əmin olunur.



Panel

Təşkilat sorğusunun məlumatlarına əsasən, Azərbaycanın Şəhər və Kənd yerlərində cəmi 950 ev təsərrüfatı (650 Şəhər, 300 Kənd) seçilir. Hər bir evdə Kantar Media Peoplemeter 7 (PM7) – baxış ölçmə cihazı quraşdırılmışdır. Toplanmış məlumatların keyfiyyətini və istifadə tezliyini artırmaq üçün PM7 Azərbaycan dilinə uyğunlaşdırılmışdır. Alətimiz üçün pultda hər bir HH üzvünün fərdi düyməsi var.

 

 

4 yaşa qədər uşaqlara fərdi düymə təyin edilə bilər və düymə uşağın 4 yaşından sonra avtomatik olaraq aktivləşdiriləcəkdir. Bundan əlavə, pultda “qonaq əlavə et” funksiyası var ki, bu da bizə təkcə HH-lərin deyil, həm də onların qonaqlarının baxış davranışını ölçməyə imkan verir. PM7-nin siqnalı var ki, tamaşaçı televizora baxmazdan əvvəl pultdan istifadə etməyi unudub öz düyməsindən istifadə etməyi xatırladırsa, aktivləşdiriləcək. PM7 müəyyən bir müddət ərzində düzgün vaxt və məlumatların saxlanmasını təmin edən daxili yaddaşa malikdir. Panel sorğusunda iştirak edən 950 ET-də 1430-a qədər PM7 quraşdırılıb. Panel üzvlərinin TV izləmə intensivliyi məlumatları hər bir iştirakçının anonimliyini və məxfiliyini qoruyan ümumiləşdirilmiş formada müştərilərə təqdim olunur.



Uyğunlaşma Texnologiyası

PM7 TV audio siqnalını istifadə edərək, baxılan kanalların faktiki audio yazılarını deyil, onların ikili kodlarının birləşmiş teqlərini toplayır.

Peoplemetr-ə toplanan və saxlanılan məlumatlar MARSA-nın məlumat toplama mərkəzinə göndərilir. Burada kanalların audio siqnalları yenidən ikili kodlara çevrilir. PM7 dən toplanan binar kodlarla toplama mərkəzinə gələn binar kodlar uyğunlaşdırıldıqdan sonra, ev təsərrüfatına hansı kanal nə zaman başladığı müəyyən edilir. Qeyd olunan proses,  həmçinin sonradan izlənilmiş TV baxışı  da qeyd edə bilir.

 

MARSA-nın iki müstəqil məlumat toplama mərkəzi vardır: əsas və ehtiyat

Televiziya kanalları isə bir neçə yayım mənbələri ilə uyğunlaşdırılır. Bu isə texnologiyanın daha möhkəm qurulmasına və siğortalanmasına gətirir.



Keyfiyətə Nəzarət

Keyfiyyətə nəzarət prosedurları, ölçüm aparılan bütün kanalların səs keyfiyyətinin yoxlanılmasından başlayır və panel xüsusiyyətlərinin nəzarəti ilə bitir. Bu, təhlillərin hər bir mərhələsində gündəlik olaraq həyata keçirilir.

Keyfiyyətə nəzarət respondentlərin seçilməsi mərhələsindən başlayır. Bu o deməkdir ki, respondent haqqında daxil olan hər bir məlumat yoxlanılır və onların araşdırma qaydalarına və tələblərinə uyğunluğu təsdiqlənir. Alınan demoqrafik və texniki məlumatlara əsasən, quraşdırma ev təsərrüfatının razılığı ilə həyata keçirilir. Quraşdırma mərhələsində sahə texniki tərəfindən alınan məlumat yerində yoxlanılır. Uğurlu quraşdırmadan sonra alınan məlumatlar “Atria Pro” proqram təminatına daxil edilir. “Atria Pro” məlumatların hazırlanmasını, panelin idarə edilməsini və keyfiyyətə nəzarət vasitələrini təmin edən sistemimizin əsasını təşkil edir. “Atria Pro” Kantar Media-nın müxtəlif ölkələrdə TV panellərinin ölçülməsi üzrə 30 illik təcrübəsinə əsaslanır. Hal-hazırda dünyanın 25-ə yaxın ölkəsində istifadə olunur. Burada məlumatların ətraflı təhlili və keyfiyyətə nəzarət aparılır. “Atria Pro” məlumatların idarə olunduğu çox saylı hesabat formalarına malikdir. İstənilən növ məlumat adminlər tərəfindən ev təsərrüfatına zənglərin edilməsi və ya texniki işçilərin ziyarətləri vasitəsilə yoxlanılır. Məsələn, adminlər ailədən televiziyaya baxma müddətinin proqramda əks olunan müddətlə eyni olmasını soruşa bilər. Bu proses, cihazdan alınan məlumatların  ev təsərrüfatlarının vərdişləri uyğunluluğunu təsdiq etmək üçün lazımdır. Əlbəttə ki, ev təsərrüfatlarından alınan məlumatlar, keyfiyyətə nəzarətin bir neçə mərhələsindən keçir və bu nəticələr  “Instar Analytics” proqram təminatında toplanır. Daha sonra isə, müştərilər bu proqramdan istifadə edərək məlumat bazasını tam əldə edə bilirlər.

Kantar Medianın ekspert komandası davamlı olaraq təlimlər, seminarlar, məlumat mübadiləsi prosesi vasitəsilə öz təcrübələrini şirkətimizlə bölüşür və MARSA əməkdaşlarına 24 saat dəstək verir.