Xəbərlər

World Audience Sammiti 2024, Mayami.

İllik World Audience Sammiti 25-27 iyun tarixlərində Mayamidə keçirildi. Bu əhəmiyyətli tədbir, Kantar tərəfindən təşkil edilmişdir və 30 ölkədən 170-dən çox iştirakçını bir araya gətirdi. Sammitdə media bazarındakı ən son yeniliklər, müxtəlif ölkələrin təcrübələri və gələcəkdə sənayenin inkişafına dair strateji planlar müzakirə edildi.

Sammit qlobal media mütəxəssisləri arasında əməkdaşlığın və bilik mübadiləsinin vacibliyini vurğuladı.

Tədbirdə Azerbaycan media bazarının nümayəndələri də iştirakçılar arasında idi.