MARSA tərəfindən Instar Analytics Planlama Modulu üzrə təlim təşkil olundu
8 ay əvvəl
20–21 iyun 2025-ci il tarixlərində MARSA tərəfindən Instar Analytics platformasında Planlama Modulu üzrə təlim keçirildi. Təlimdə aparıcı reklam agentliklərindən və TV kanallarından olan 50-dən çox media mütəxəssisləri iştirak etdi.
Effektiv media planlama aparmaq üçün modul vasitəsilə istifadəçilər televiziya kanallarının inventarından səmərəli şəkildə istifadə edə bilər, büdcəni düzgün şəkildə bölüşdürə, auditoriyanın maksimum əhatə dairəsinə nail ola bilərlər. Bundan əlavə, kampaniya başa çatdıqdan sonra post-buy analizi vasitəsilə media planın effektivliyi qiymətləndirilə bilər.
İştirakçılara media planlamasının əsas nəzəri anlayışları və terminologiyası, planlamanın məqsədləri və üstünlükləri barədə ətraflı məlumat verildi. İştirakçılarla gündəlik iş prosesinə əsaslanan real nümunələr üzərində interaktiv formada praktik məşğələlər aparıldı.
Təlimdə Instar Analytics Planlama Modulunun funksionallıqları ətraflı şəkildə izah olundu.
İki gün ərzində baş tutan təlimdə üç ayrı qrup iştirak etdi. Hər bir sessiya 2 saat davam etdi və təlimin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olundu.
MARSA komandası olaraq inanırıq ki, bu kimi təşəbbüslər analitik planlama sahəsində yerli mütəxəssislərin bilik və bacarıqlarının inkişafına, eləcə də bazarda peşəkar kadr potensialının gücləndirilməsinə töhfə verəcəkdir.